ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb

Bakı, 27 avqust, AZƏRTAC 

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Müəllim” nəşriyyatında çapdan çıxmış “Oksigenli üzvi birləşmələr kimyası” monoqrafiyasının müəllifləri akademik Vaqif Abbasov, professor Füzuli Nəsirov, dosentlər Lalə Əfəndiyeva və Nigar Rzayevadır.

Monoqrafiyada oksigenli üzvi birləşmələr kimyasına aid terminlər və konsepsiyalar hər bir bölmə üzrə ayrılıqda verilib. Eyni zamanda, oksigenli üzvi birləşmələr kimyasının əsas istiqamətləri barədə ümumi məlumat, bəzi əsas reaksiyaların mexanizmləri və reaksiya nümunələri təqdim edilib. Oksigenli üzvi birləşmələr kimyası sahəsində Neft-Kimya Prosesləri İnstitutunda yaranmış elmi məktəblərin tədqiqatlarının nəticələri də təhlil olunaraq sistemli şəkildə verilib. Monoqrafiya neft kimyası, kimya texnologiyası və mühəndisliyi, neft-qaz-daş kömür emalı və texnologiyası ixtisasları üzrə doktoranturaya qəbul imtahanları, minimum imtahanları verən doktorant və dissertantlar üçün nəzərdə tutulub. Kitabdan kimya, kimya mühəndisi, mühəndis-texnoloq ixtisasları üzrə bakalavr, magistr təhsili alan tələbələr, eyni zamanda, müəllimlər dərs vəsaiti kimi istifadə edə bilərlər. Monoqrafiyada 448 elmi ədəbiyyata istinad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.