ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb
Bakı, 3 fevral, AZƏRTAC
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Rəvan Rəhimov, Xuraman Hüseynova və Gülnarə Əhmədova tərəfindən yazılmış “Alifatik aminlər və epoksidlər əsasında yeni səthi-aktiv maddələr” adlı monoqrafiya çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, monoqrafiya alifatik aminlər - oktilamin, nonilamin, dodesilamin, heksadesilamin, oktadesilamin və propilen oksidi (eləcə də epixlorhidrin) əsasında yeni qeyri-ionogen və ionogen səthi-aktiv maddələrin alınması, onların kolloid-kimyəvi parametrlərinin təyini, səthi-aktiv maddələrin quruluşunu dəyişməklə quruluş-xassə asılılıqlarının öyrənilməsi və s. ilə effektiv tətbiqi xassələrə malik reagentlərin sintezini və xassələrinin tədqiqini əhatə edir.
Monoqrafiya neft kimyası və texnologiyası sahələrində tədqiqat işləri aparan elmi işçilər, həmçinin doktorant və magistrlər üçün nəzərdə tutulub.