Neft-Kimya Prosesləri İnstitutunda doktorantura və dissertanturaya qəbul planı təsdiq olunub
AzerTAg.az
Bakı, 17 fevral, AZƏRTAC
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclası elmi şuranın sədri, institutun direktoru, akademik Vaqif Abbasov açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
İclasda bir sıra məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib. Müzakirələrdə institutda 2020-2021-ci illərdə elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planı təsdiq olunub.
Sonra I və II kurs magistrantların attestasiyası keçirilib. İnstitutun Təhsil şöbəsinin müdiri, dosent Lalə Əfəndiyeva attestasiya zamanı magistrantların qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin sayı, elmi konfranslarda iştirakı barədə Attestasiya Komissiyasının üzvlərinə məlumat verib. Komissiyanın qərarı ilə magistrantlar növbəti semestrə keçirilib.

Xəbərin mətnində orfoqrafik səhv var