ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutunda doktoranturaya qəbul imtahanında 14 nəfər iştirak edib

Bakı, 16 yanvar, AZƏRTAC 

AMEA-nın akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 2018/2019 tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, imtahanda neft kimyası, neft-qaz-daş-kömür emalı və texnologiyası və qaz emalı proseslərinin kimyası və texnologiyası ixtisasları üzrə 14 nəfər iştirak edib.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, akademik Vaqif Abbasov, üzvləri – AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov, kimya üzrə elmlər doktoru, professor Çingiz Rəsulov, kimya üzrə elmlər doktoru Füzuli Nəsirov, texnika üzə elmlər doktorları Elmar Abdullayev, Hikmət İbrahimov, Təranə Məmmədova və Səyyarə Əliyeva, kimya üzə elmlər doktoru Fatmaxanım Əliyeva və texnika üzrə fəlsəfə doktoru Gülbəniz Muxtarovadır.

İmtahan uğurla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.