ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutunda magistrantların onlayn imtahanları davam edir

Bakı, 7 iyul, AZƏRTAC 

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) magistrantların yay imtahan sessiyası davam edir.

NKPİ-dən AZƏRTAC-a bildirilib ki, I kurs magistrantların neft kimyası, nanomateriallar kimyası və ətraf mühit kimyası ixtisaslaşmaları üzrə kimyanın tarixi və metodologiyası fənnindən imtahanı keçirilib.

Həmçinin institutda neft kimyası ixtisaslaşması üzrə neft və qazın kompleks emalının elmi əsasları, nanomateriallar kimyası ixtisaslaşması üzrə neft kimyası, ətraf mühit kimyası ixtisaslaşması üzrə isə neft emalı və neft sənayesinin ekoloji parametrləri fənlərindən imtahan keçirilib.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib. İmtahan nəticəsində I kurs magistrantları yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 13-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.