ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutunun alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, dosentlər Yeganə Ağazadə, Nizami Mürsəlov, texnika elmləri doktoru Elmar Abdullayev və Spektroskopik analizi laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Yolçuyevanın həmmüəllifi olduqları məqalə “Web of Science: Science Citation Index Expanded” (SCIE) bazasına daxil olan yüksək impakt faktorlu jurnalda (“Polish Journal of Chemical Technology”) çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Amidoamin əsaslı qeyri-üzvi komplekslərin mikrobioloji və atmosfer korroziyasına qarşı inhibitor-bakterisid təsirinin tədqiqi” adlı məqalədə metalların korroziyadan mühafizəsinə qarşı aparılan araşdırmaların nəticəsi əksini tapıb. Hazırlanmış komplekslərin inhibitor-bakterisid xassələrinin tədqiqi nəticəsində müəyyən edilib ki, bu, komplekslərin inhibitor-bakterisid kimi tətbiqinə imkan verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.