ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının 110 məqaləsi impakt faktorlu jurnallarda dərc olunub

Bakı, 7 yanvar, AZƏRTAC

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları tərəfindən 420 elmi əsər - 5 kitab (2-i xaricdə) və 2 monoqrafiya (xaricdə), 179 məqalə (100-ü xaricdə), 226 tezis (41-i xaricdə), 7 dərslik və digər materiallar çap etdirilib.

NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, məqalələrdən 110-u “Clarivate Analytics” (Thomson Reuters) beynəlxalq elmi bazasının impakt faktorlu jurnallarında və SCOPUS-un bazasına daxil olan jurnallarda dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.