ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutunun magistrantlarının imtahanları uğurla başa çatıb

Bakı, 7 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) magistratura pilləsi üzrə ixtisas fənlərindən qış imtahan sessiyası keçirilib. İmtahan AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən təşkil olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, NKPİ-nin birinci və ikinci kurs magistrantları kimyanın müasir problemləri və nanohissəciklər katalizator kimi fənnindən imtahan veriblər. İmtahanlar uğurla başa çatıb.

Qeyd edək ki, institutda təhsil alan magistrantların 2018/2019-cu tədris ili üzrə qış imtahan sessiyası fevralın 2-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.