ELM VƏ TƏHSİL
“Neft kimyası və neft emalı prosesləri” jurnalı “Thomson Reuters” elmi bazasına daxil edilib
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft kimyası və neft emalı prosesləri” jurnalı “Thomson Reuters” elmi bazasına daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 2000-ci ildən nəşr olunan jurnalın əsas məqsədi alimlərimizin tədqiqatları ilə dünya elmi ictimaiyyətinin məlumatlandırılması və nəşrin məşhur elmi informasiya bazalarına daxil edilməsidir.
Jurnalın tərtibatı 2015-ci ildən yeni tələblərə uyğun hazırlanıb və 2017-ci ilin sentyabrından “Thomson Reuters” (Web of Science) “Clarivate Analytics” elmimetrik bazasında yerləşdirilib. Eyni zamanda, jurnal “VİNİTİ”, “İnspec base”, “Clarivate Analytics” kimi müxtəlif biblioqrafik, referativ bazalarda və axtarış sistemlərində yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]