ELM VƏ TƏHSİL


Neft mədənləri üçün yeni nəsil texnologiyaların işlənməsi qrant layihəsi üzrə uğurlu nəticələr əldə edilib

Bakı, 14 avqust, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev Elmi şuranın onlayn iclasında SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim neft-qaz sənayesində maşın təlimi metodlarının tətbiqi problemlərinin müasir vəziyyətinin tədqiq olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, aparılan tədqiqatlar nəticəsində, həmçinin geoloji modellərin adaptasiyası üçün dərin neyron şəbəkə arxitekturaları işlənib, lay, süxur və mayeni xarakterizə edən parametrlər əsasında neft yataqları ilə bağlı metodlar tətbiq olunub.

Y.İmamverdiyev tədqiqat nəticələrinin 8 konfransda müzakirə olunduğunu, 10 məqalənin nüfuzlu jurnallara təqdim edildiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.