İQTİSADİYYAT


Neft məhsulları ixracının həcmi azalıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında ölkədən 685 min 579 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 335 milyon 408 min ABŞ dolları olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Xatırladaq ki, ötən ilin 8 ayında ölkədən 772 min 696 ton neft məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri 392 milyon 169 min dollar təşkil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.