İQTİSADİYYAT


Neft məhsullarının ixracı artıb

Bakı, 16 iyun, AZƏRTAC

Yanvar-may aylarında ölkədən 533,1 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 230,5 milyon ABŞ dollarından çox olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Xatırladaq ki, 2020-ci ilin müvafiq aylarında Azərbaycandan 492,1 min ton çox neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 132,2 milyon dollar olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.