İQTİSADİYYAT


Neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması

Bakı, 16 avqust, AZƏRTAC 

Vergi Məcəlləsinin 161.1-ci maddəsinə uyğun olaraq, vergi tutulan əməliyyatın dəyəri vergiödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin maddəyə əsasən ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisi çıxılır.

Nəzərə çatdırılıb ki, neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan, həmin məbləğdən ƏDV-nin hesablanması həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.