Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Neft nəhənglərinin mənfəəti 46,5 milyard dollara çatıb

Neft nəhənglərinin mənfəəti 46,5 milyard dollara çatıb

Bakı, 12 iyun, AZƏRTAC

Xam neft tələbatının bərpa olunması və qiymətlərin koronavirusdan əvvəlki səviyyəyə çatması fonunda dünyanın ən böyük 10 neft şirkəti ilin ilk rübündə 46,5 milyard dollar gəlir əldə edib.

AZƏRTAC xəbər verir ki, epidemiyanın dünya miqyasında iqtisadiyyatlara mənfi təsirləri və bu çərçivədə ölkələr tərəfindən tətbiq olunan karantin tədbirləri səbəbindən neftə olan tələbat keçən il tarixindəki ən aşağı səviyyəyə enmişdi. Neft bazarındakı qəfil artıq tədarük nəticəsində xam neft qiymətləri aşağı istiqamətli dəyişmişdi. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələrindən ibarət olan “OPEC+” koalisiyası keçən il neft bazarlarını tarazlaşdırmaq üçün tədarükü azaltmaq barədə qərar qəbul etdilər. Beləliklə gündəlik xam neft istehsalının iyul ayına kimi 9,7 milyon barel, iyuldan sonrakı dövrdə sutkada 7,7 milyon barel azaldılması qərarlaşdırıldı. Neft tələbatının tədarükdən geridə qalması fonunda neft qiymətləri ötən ilin aprelində son 21 ilin ən aşağı səviyyəsinə endi. 2020-ci ilin əvvəlində 66,58 dollar səviyyəsində olan “Brent” markalı xam neftin bir barelin qiyməti apreldə 17,51 dollaradək ucuzlaşdı. “Light” markalı xam neftin qiyməti isə ilk dəfə aprelin 20-də mənfi səviyyələrə düşdü. Dünyada ən çox istifadə edilən “Brent” neftinin orta qiyməti keçən il əvvəlki ilə nisbətən 32,7 faiz azalaraq 43,21 dollar/barelə endi və bu, şirkətlərin gəlirlərinə mənfi təsir etdi.

2021-ci il tələb-təklif balansının yenidən bərpasının başladığı bir dövrün başlanğıcı oldu

Dünyada virusa qarşı vaksinasiya prosesinin sürətlənməsi və yoluxma sayının azalması ilə Avropa ölkələri və ABŞ da daxil olmaqla bir çox bölgədə məhdudiyyətlər aradan qaldırılmağa başlandı. Qlobal iqtisadiyyatlar epidemiyanın mənfi təsirlərindən qurtulmağa başladıqca, neft tələbatı da bərpa prosesinə qədəm qoydu.

“OPEC+” ölkələrinin intizamlı tədarük siyasətinin təsiri ilə neft qiymətlərinin epidemiya əvvəlki səviyyələrə qayıtması neft şirkətlərinin balans hesabatlarına da müsbət təsir göstərdi. Şirkətlərin səhmləri və bazar dəyərləri ilə bağlı məlumatlara görə, “ExxonMobil”, “Chevron”, “Total”, “Royal Dutch Shell”, BP, “Eni”, “Equinor”, “LUKoil”, “Rosneft” və “Saudi Aramco” kimi neft nəhənglərinin ümumi mənfəəti bu ilin ilk rübündə 46,5 milyard dollar olub.

BP mənfəətini ən çox artıran Avropa şirkətidir

Bu dövrdə BP qazancını ən çox artıran şirkət olub. Keçən ilin ilk rübündə 4,4 milyard dollar zərər etdiyini açıqlayan şirkət bu ilin eyni dövründə təxminən 4,7 milyard dollar mənfəət əldə edib.

Keçən ilin yanvar-mart aylarında 6,3 milyard dollar zərər etdiyini bildirən Rusiyanın “LUKoil” neft şirkəti isə cari ilin ilk rübündə 2,1 milyard dollar qazanıb.

Bu ilin birinci rübündə “Saudi Aramco” 21,7 milyard dollar, “ExxonMobil” 2,7 milyard dollar, “Shell” 5,7 milyard dollar, “Chevron” 1,4 milyard dollar, “Rosneft” 2 milyard dollar, “Eni” 1 milyard dollar, “Equinor” 1,8 milyard dollar və “Total” 3,3 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb.

Keçən ilin eyni dövründə “ExxonMobil”, “Total”, “Royal Dutch Shell”, BP, “Eni”, “Equinor”, “LUKoil” və “Rosneft” ümumilikdə 17,7 milyard dollar zərər etdiklərini açıqlayıb, lakin “Saudi Aramco” və “Chevron” 20,3 milyard dollar xalis mənfəət əldə edib.

“Shell” və “Rosneft” gəlirləri azalıb

Cari ilin birinci rübündə neft nəhənglərinin ümumi gəliri əvvəlki ilin eyni dövrünə görə 24 milyard dollar (6,6 faiz) artaraq təxminən 387 milyard dollar təşkil edib. Bu dövrdə “Rosneft” və “Shell” gəlirləri azalan şirkətlər olub, gəlirlərini ən çox artıran şirkət isə “Aramco”dur. Şirkət ilk rübdəki gəliri keçən ilin eyni dövrünə nisbətən 19,9 faiz artaraq təxminən 80 milyard dollar olub. “Aramco”nu gəliri əvvəlki ilin eyni rübü ilə müqayisədə 18,2 faiz artıraraq 36,4 milyard dollara yüksəldən BP izləyib.

“Shell”in ilk rübdəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq təxminən 55,6 milyard dollar təşkil edib. “Rosneft” isə ilk 3 ayda təxminən 23,6 milyard dollar gəlir əldə edib, lakin bu göstərici şirkətin keçən ilin eyni dövründəki gəlirindən 1,19 faiz azdır.

Qlobal neft tələbatı bu il gündəlik 5,4 milyon barel artacaq

Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına diar aylıq hesabatına görə, qlobal neft tələbatı gələn ilin sonunda koronavirusdan əvvəlki səviyyəyə qayıdacaq və bu ilə nisbətən sutkada 3,1 milyon barel artacaq.

Gələn il üçün proqnozlaşdırılan artımın 1,3 milyon bareli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində, 1,8 milyon bareli isə OECD-yə üzv olmayan ölkələrdə formalaşacaq. Sözügedən dövrdə uçuşların bərpası ilə tələbatda ən böyük artım gündəlik 1,5 milyon barel ilə təyyarə yanacağı və kerosində, sutkalıq 660 min barellə benzində və 520 min barellə dizel yanacağında qeydə alınacaq.

Dünyanın 3-cü ən böyük neft istehlakçısı olan Hindistanda COVID-19-a yoluxma sayındakı azalma və OECD ölkələrində istehlakçıların avtonəqliyyat və aviareysləri artırması fonunda cari ildə qlobal neft tələbi daha sabitdir. Bu çərçivədə iyun ayında neft tələbatının əvvəlki aya görə gündəlik 2,5 milyon barel və ötən ilin eyni ayına nisbətən isə sutkada 7,4 milyon barel artacağı gözlənilir.

2021-ci ildə qlobal neft tələbatı əvvəlki ilə görə 5,4 milyon barel (6 faiz) artaraq gündəlik 96 milyon 400 min barel olacaq. İl ərzində sutkalıq tələbatın 35 milyon 700 min bareli Asiya-Sakit Okean bölgəsində, 30 milyon 300 min bareli Amerika qitəsində, 13 milyon 700 min bareli isə Avropada formalaşacaq.

Hesabata görə, may ayında qlobal neft təklifi aprellə müqayisədə orta hesabla 970 min barel artaraq gündəlik 94 milyon 280 min barel təşkil edib. OPEC-in xam neft hasilatı mayda əvvəlki ayla müqayisədə 370 min barel artaraq sutkada 25 milyon 430 min barel olub. Ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan gündəlik hasilat isə 5 milyon 340 min barel təşkil edib. Bununla da, mayda OPEC-in sutkalıq istehsalı ümumilikdə 30 milyon 770 min barelə yüksəlib.

Keçən ay OPEC-ə üzv olmayan ölkələrin neft istehsalı aprel ayına nisbətən 510 min barel çoxalaraq sutkada 63 milyon 510 min barel olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub