İQTİSADİYYAT
Neft-qaz sektoruna 4 milyard manatadək vəsait yönəldilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında ölkənin neft-qaz sektoruna 3 milyard 799,4 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 9 ayda neft-qaz sektorunda 22 milyard 959,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları səviyyəsində olub. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,1 faiz çoxalıb. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda istehsal olunub.
Sentyabrda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 5,5 faiz bahalaşıb.
Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,7 min nəfər çalışıb. Yanvar-avqust aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 73,7 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]