İQTİSADİYYAT


Neft-qaz sektoruna investisiyalar 11,7 faiz artıb

Bakı, 17 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında neft-qaz sektoruna 4 milyard 781,8 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 11,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 10 ayda neft-qaz sektorunda 17 milyard 490,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 6,1 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,3 faiz geriləyib.

Sənaye məhsulunun 60,3 faizi mədənçıxarma sektorunda istehsal edilib. Oktyabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 98,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 98 faiz olub.

Oktyabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər çalışıb. Yanvar-sentyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3402 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.