Neft-qaz sektoruna sərmayə qoyuluşları 19 faiz artıb
AzerTAg.az
Bakı, 15 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında neft-qaz sektoruna 3 milyard 891,4 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 19 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 8 ayda neft-qaz sektorunda 14 milyard 258,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 4,9 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 4,9 faiz geriləyib.
Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda istehsal edilib. Avqustda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 105,2 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 106,2 faiz olub.
Avqustun 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nəfər çalışıb. Yanvar-iyul aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3509,6 manat təşkil edib.

Xəbərin mətnində orfoqrafik səhv var