İQTİSADİYYAT


Neft-qaz sektoruna yatırılmış investisiyalar 18,8 faiz artıb

Bakı, 22 may, AZƏRTAC

Yanvar-aprel aylarında neft-qaz sektoruna 1 milyard 806,7 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 18,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 4 ayda neft-qaz sektorunda 7 milyard 870,8 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 1,6 faiz artıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,5 faiz çoxalıb.

Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda istehsal edilib. Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri indeksi fevralla müqayisədə 66 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 58,5 faiz olub.

Aprelin 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,7 min nəfər çalışıb. Yanvar-mart aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3830,1 manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.