İQTİSADİYYAT
Neft-qaz sektorundan vergi daxilolmaları 136,2 faiz icra olunub
Bakı, 28 aprel, AZƏRTAC
Yanvar-mart aylarında neft hasilatının nisbətən aşağı düşməsinə baxmayaraq, dünya enerji bazarlarında qiymətlərin sabitləşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb.
Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin birinci rübündə neft-qaz sektorundan daxilolmalar 574,9 milyon manat təşkil edib, proqnozlara nisbətən 136,2 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 152,7 milyon manat artıq vəsait daxil olub.
Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz və ya 109,2 milyon manat artaraq 1 milyard 510,8 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 116,2 faiz icra olunub, proqnozdan əlavə 211,1 milyon manat vergi toplanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]