İDMAN
Neft, qaz və kimya sənayesi işçiləri arasında futtennis turniri keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
“Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında futtennis turniri keçirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, yarışda Heydər Əliyev adına Neft Emalı Zavodu, “Bos Şelf” MMC, “Qaz İxrac” İdarəsi, Ekologiya İdarəsi, “28 May” NQÇİ və Nəqliyyat İdarəsinin komandaları mübarizə aparıblar.
Üç gün davam edən turnir dairəvi sistem üzrə keçirilib.
Keçirdiyi beş qaşılaşmanın dördünü qələbə ilə başa vuran və yalnız bir oyundan məğlub ayrılan Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası 12 xalla turnirin qalibi adını qazanıb. “Qaz İxrac” İdarəsi ikinci, “Bos Şelf” MMC-nin komandası isə üçüncü yeri tutublar.
Qalib və mükafatçılara “Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]