İQTİSADİYYAT


Neft qiymətlərində son 5 ayda ən pis həftə geridə qalır

 Bakı, 16 iyul, AZƏRTAC

Neft qiymətlərində son 5 ayda ən pis həftə geridə qalır.

AZƏRTAC xəbər verir ki, “delta” ştamı ilə bağlı narahatlıqlar, eləcə də Birləşmiş Ərəb Əmirlikləri və OPEC-in razılığa gəlməsi ilə neft qiymətləri mart ayından bəri ən pis həftəni geridə qoyur. “Delta” ştamına yoluxma sayındakı artım və “OPEC+” sazişi üzrə inkişaflar neft qiymətlərinə aşağı istiqamətli təsir edir.

OPEC-ə görə, neftə olan tələbat 2022-ci ilin ikinci yarısında 2019-cu ildəki səviyyəni ötəcək.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında isə bildirilir ki, qlobal iqtisadiyyatdakı güclü artım, yeni növ koronavirus epidemiyasına qarşı peyvənd səylərinin sürətləndirilməsi və məhdudiyyətlərin yumşaldılması neft tələbatının bərpasında hərəkətverici qüvvə olacaq. IEA-ya görə, qlobal neft tədarükü iyunda əvvəlki aya görə 1 milyon 100 min barel artaraq gündəlik 95 milyon 590 min barel təşkil edib.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir bareli Londonun ICE birjasında 72,92 dollara, “Light” neftinin bir bareli Nyu-Yorkun NYMEX birjasında 71,17 dollara satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.