Neft və Qaz İnstitutu Yaponiya şirkəti ilə birgə çöl tədqiqatları aparacaq
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu və Yaponiyanın “JOGMEC” korporasiyası arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Neft və Qaz İnstitutundan məlumat verilib. Bildirilib ki, görüş zamanı tərəflər arasında imzalanmış müqavilə çərçivəsində çöl tədqiqat işlərinin aparılması məsələləri müzakirə edilib. Müqaviləyə əsasən mayın 31-dək Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Şamaxı-Qobustan, Aşağı Kür və Abşeron rayonlarında yerləşən süxurların yer səthinə çıxışlarının tədqiqi və süxur nümunələrinin toplanması planlaşdırılıb.
Qeyd edək ki, birgə geoloji çöl tədqiqatlarının aparılması haqqında müqavilə Neft və Qaz İnstitutu və Yaponiyanın “JOGMEC” korporasiyası arasında 2020-ci ildə imzalanıb. Lakin COVID-19 pandemiyası səbəbindən müqavilə üzrə işlər qismən icra edilib.






Xəbərin mətnində orfoqrafik səhv var