ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunda Elm Günü qeyd olunub

Bakı, 28 mart, AZƏRTAC

Neft və Qaz İnstitutunda Elm Gününə həsr olunan onlayn seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarı elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov açaraq iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Vaqif Qurbanov ölkəmizdə Elm Gününün təsis edilməsi tarixindən və elmin vəziyyətindən danışaraq, gənc kadrların hazırlanması məsələsinin aktual olduğunu vurğulayıb. O, Neft və Qaz İnstitutunda gənclərin elmi potensialının inkişaf etdirilməsinə daim dəstək verildiyini söyləyib və seminarda gənclərin çıxışlarına üstünlük veriləcəyini diqqətə çatdırıb.

Sonra institutun II kurs magistrantları İsmayıl İsmayılovun “Pirallahı strukturunun geoloji quruluşu: tektonikası və stratiqrafiyası” və Zülfüqar Ağayevin “Ətraf mühitin qorunmasında Azərbaycanın dövlət siyasəti” mövzusunda məruzəsi dinlənilib, çıxışlar ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.