ELM VƏ TƏHSİL
Neft və Qaz İnstitutunda II kurs magistrantların dissertasiyaları müzakirə olunub
Bakı, 30 may, AZƏRTAC
AMEA-nın Neft və Qaz İnstitutunun “Neft və qaz geologiyası, geokimyası, geofizikası və geoekologiyası” elmi seksiyasının onlayn iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclasda geokimya, neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları, neft-qaz hövzələrinin geologiyası, dəniz neft-qaz geofizikası ixtisaslaşmaları üzrə institutda təhsil alan II kurs magistrantların yerinə yetirdikləri dissertasiya işlərinin ilkin müzakirəsi aparılıb.
Elmi seksiyada “Bakı arxipelaqının şimal hissəsinin palçıq vulkanlarının püskürmə məhsullarının geokimyəvi xüsusiyyətləri”, “Seysmik dalğa atributlarının interpretasiyası əsasında geoloji kəsilişin proqnozlaşdırılması”, “Neft-qaz yataqlarının əmələ gəlməsində palçıq vulkanlarının rolu”, “Xızı sahəsində Mezozoy hövzəsinin neft-qaz perspektivliyi” mövzularında dissertasiya işləri təqdim olunub.