ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunda builki elmi-tədqiqat işlərinin mövzuları təsdiqlənib

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunda 2019-cu ildə aparılacaq elmi-tədqiqat işlərinin mövzuları təsdiq olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə tədqiqatlar 6 mövzu və 7 elmi-tədqiqat işini əhatə etməklə 3 problem üzrə aparılacaq.

Bu sırada “Abşeron arxipelaqının neftlərinin fərqləndirilməsi üçün geokimyəvi parametrlərin müqayisəli tədqiqi”, “Neft yataqlarının ehtiyatlarının səmərəli mənimsənilmə məsələlərinin tədqiqi”, “Karbohidrogen yataqlarının işlənilməsi zamanı hidrotermodinamik proseslərin qarşılıqlı təsirinin modelləşdirilməsi və lay parametrlərinin identifikasiyası”, “Dərində (7-15 km) yerləşən neft-qaz yataqlarının geoloji modelləri və onların seysmik kəşfiyyatın tətbiqi və öyrənilməsi ilə əlaqəli problemlərinin tədqiqi” mövzularını qeyd etmək olar. Həmçinin “Cənubi Xəzər neftli-qazlı hövzəsinin təhlili, modelləşdirilməsi və qiymətləndirilməsi problemlərinin tədqiqi və elmi-texniki əsasları”, “Azərbaycanda bir sıra iri mənbələrdən atmosferə atılan karbon qazının miqdarının inventarlaşdırılması, tutularaq yeraltı laylarda saxlanılması və layların neft veriminin artırılması üsullarının işlənməsi”, “Quyuların qazılması və bərkidilməsi zamanı yaranan mürəkkəbləşmələrin qarşısının alınmasının effektivliyinin və keyfiyyətinin artırılmasını təmin edən texnologiyanın təkmilləşdirilməsi” mövzuları üzərində işləmək nəzərdə tutulub.

Xatırladaq ki, institutun elmi-tematik planına uyğun olaraq 2018-ci ildə tədqiqatlar 6 mövzunu və 9 elmi-tədqiqat işini əhatə etməklə 3 problem üzrə aparılıb, 1 yeni elmi-tədqiqat işinin proqramı təsdiq olunub, 6 elmi-tədqiqat işi davam etdirilib, 2 elmi-tədqiqat işi başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.