ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunda vakant vəzifələrlə bağlı müsabiqə komissiyası işə başlayıb

Bakı, 11 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda vakant vəzifələri tutmaq üçün sənəd qəbulu yekunlaşıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, fevralın 11-də müsabiqə komissiyası işinə başlayıb. İşə qəbul AMEA Rəyasət Heyətinin “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti Qaydaları”na əsasən aparılır.

Müsabiqə komissiyası 5 gün ərzində vakant yerlərə iddiaçıların sənədlərinə baxacaq. Seçilən namizədlər elmi şuraya təqdim olunacaq.

Xatırladaq ki, institut müsabiqəyə 9 şöbə üzrə 41 vakansiya təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.