ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunun 2021-ci ilə dair hesabatı dinlənilib

Bakı, 17 noyabr, AZƏRTAC

AMEA Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclasda Neft və Qaz İnstitutunun elmi struktur bölmələrinin 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.

Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlər, alınmış mühüm nəticələr, əməkdaşların elmi əsərləri, beynəlxalq elmi əlaqələr haqqında məlumat verilib. Qrant layihələri, əməkdaşların elmi tədbirlərdə iştirakı, elm və təhsilin inteqrasiyasından danışılıb. Hesabatlar müzakirə olunub, tövsiyələr verilib.

İnstitutun Təhsil şöbəsinin müdiri Arif Hüseynov bildirib ki, bu il magistratura pilləsini 4 ixtisas üzrə 4 məzun bitirib. Onlardan ikisi fərqlənmə diplomuna layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.