ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

AMEA Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İclasa sədrlik edən institutun baş direktoru akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər haqqında danışıb.

İnstitutun elmi işçisi İqor Pirverdiyev “Statistik və qeyri-səlis məntiq üsullarından istifadə etməklə, qazma zamanı əldə edilən kompleks informasiya əsasında süxurların xassələrinin qiymətləndirilməsi, modelləşdirmə və qərarların qəbulu” mövzusunda məruzə edib. O diqqətə çatdırıb ki, quyuların qazılması zamanı süxurların fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi, onların bircins intervallara ayrılması məsələlərini təşkil edən aktual bir problemə baxılıb. Problemin həllində riyazi statistika və qeyri-səlis məntiqə əsaslanan yeni yanaşmadan istifadə etməklə kəsilişlərin litologiyası, fiziki-mexaniki xassə göstəriciləri təyin edilib. Tədqiqatın nəticələri 9 konfrans materialı və məqalələrdə öz əksini tapıb. Məqalələrin 5-i “Scopus” bazasına daxil nəşrlərdə dərc edilib.

Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin elmi və elmi-təşkilati fəaliyyəti haqqında şöbə müdiri Fəxrəddin Kərimov hesabat verib. Hesabatda institutun elmi-tematik planına uyğun olaraq şöbədə yerinə yetirilən elmi işlərin nəticələri, əməkdaşların dərc edilmiş elmi əsərləri, beynəlxalq elmi əlaqələr haqqında məlumat verilib.

Sonra Pünhan Səmədli institutun Gənc Alimlər və Mütəxəssislər Şurasının hesabatını təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.