ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunun əməkdaşları Vyanada keçirilən konfransda iştirak ediblər

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun əməkdaşları Avropa Yer Elmləri Baş Assambleyasının Vyana şəhərində keçirilən növbəti iclasında iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda AMEA-nın Neft və Qaz İnstitutunun əməkdaşları Məlahət Əfəndiyeva, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova və Geologiya və Geofizika İnstitutunun əməkdaşı Ülvi Vahabovun akademik İbrahim Quliyevin rəhbərliyi ilə apardıqları “Böyük Qafqazın cənub-şərq yamacında Miocen-Oliqosen kəsilişinin biostratiqrafiyası, sedimentologiyası və paleocoğrafiyası” mövzusunda tədqiqatın nəticələri müzakirə olunub.

Konfransda Məlahət Əfəndiyevanın məruzəsi böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.