ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunun gənc alimi təkmilləşdirmə kurslarında iştirak edib

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təkmilləşdirmə kurslarında AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli ekologiya elmi istiqaməti üzrə iştirak edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd edilib ki, universitetin rektoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov kurslarda iştirak edən dinləyicilərin layihə çərçivəsində əldə etdikləri biliklərin onların gələcək iş fəaliyyətlərində mühüm rol oynayacağını bildirib.

İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də təkmilləşdirmə kurslarının davam etməsi üçün təklif irəli sürüblər.

Tədbirin sonunda kurslarda iştirak edən dinləyicilərə müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.