ELM VƏ TƏHSİL


Neft və Sənaye Universitetində “Bir könüllü” təşkilatının üzvləri ilə görüş

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bir könüllü” təşkilatının üzvləri ilə tələbələr arasında görüş keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə tərbiyə işləri üzrə prorektor dosent Ata Babayev ölkəmizdə, eləcə də universitetdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb və könüllülük missiyasını gənclərin çox böyük həvəslə icra etdiyini deyib. Prorektor Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, marafonlarda, idman yarışlarında gənclərimizin, o cümlədən ADNSU-nun tələbə könüllülərinin aktiv iştirak etdiyini diqqətə çatdırıb.

“Bir könüllü” təşkilatının sədri Ülvi Əlizadə çıxışında təşkilatın missiyası, fəaliyyəti, son bir il ərzində gördüyü işlər, gələcək layihələri və ümumi statistikası barədə məlumat verib. Tələbələr, həmçinin təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünlükləri barədə məlumatlandırılıb.

Tədbirdə könüllü gənclərin müxtəlif tədbirlərdə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda suallar cavablandırılıb.

Qeyd edək ki, 30 mindən artıq üzvü olan təşkilat 28 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edir. Ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 750-dən çox tədbir təşkil edən “Bir Könüllü” təşkilatı 2021-2022-ci tədris ilində Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və bu regionun yenidən bərpasına dəstək məqsədilə 200-ə yaxın tələbə-könüllünü fəaliyyətə cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.