ELM VƏ TƏHSİL


Neft və Sənaye Universitetində məktəblilər üçün ekskursiya təşkil olunub

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “Fortis Group” MMC arasında əməkdaşlığın yeni mərhələsinə başlanılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Fortis Group” MMC tərəfindən təhsilə dəstək məqsədilə yaradılan “Fortis Academy” layihəsinin tədris mərkəzində təhsil alan yuxarı sinif şagirdləri ADNSU-da ekskursiyada olublar.

Şagirdlər əvvəlcə universitetin Tarix muzeyini ziyarət ediblər. Tərbiyə işləri üzrə prorektor dosent Ata Babayev universitetin 100 ildən çox olan tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında məlumat verib. Sonra universitetin Mineralogiya muzeyini ziyarət edən şagirdlər burada saxlanılan eksponatlarla tanış olublar.

Məktəblilər universitetin kitabxanasını, auditoriyaları, laboratoriyaları gəziblər, onlara universitetin tədris prosesi barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.