ELM VƏ TƏHSİL


Neft və Sənaye Universitetində tyutorların sertifikatlaşdırılması prosesində başlanılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında tyutorlara (akademik məsləhətçilərə) təlim xidmətlərinin göstərilməsinə və onların sertifikatlaşdırılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, sözügedən müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən ADNSU-da çalışan tyutorlara beynəlxalq təcrübəyə və standartlara əsasən tələbəyönlü təhsildə tyutorların vəzifə və öhdəliklərinə dair məlumatların verilməsi nəzərdə tutulur.

Təlimin əsas məqsədi ADNSU-nun daxili keyfiyyət təminatına, eləcə də tyutorların səriştələrinin artırılmasına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.