İQTİSADİYYAT


Neft və Sənaye Universitetinin 3 komandası “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin qalibi olub

Bakı, 28 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında keçirilən müsabiqələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandaları Aqrar Texnologiyalar və Robototexnika və Yaşıl texnologiyalar müsabiqələrinin qalibi olublar.

AZƏRTAC xəbər verir ki, ADNSU-nun “BlizzadrTS” komandası Aqrar Texnologiyalar, “MECHANİCS” komandası Robototexnika, “MakerTronika” komandası isə Yaşıl texnologiyalar müsabiqəsində birinci yerə layiq görülüb. “BlizzadrTS” və “MECHANİCS” komandaları B, “MakerTronika” komandası isə C kateqoriyasında yarışıb.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - “Baku Skills”, Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələri” təşkil olunub, Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilib - məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər və ya sahibkarlar (C). Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.