ELM VƏ TƏHSİL


Neft və Sənaye Universitetinin rektoru UFAZ-ın ilk magistr məzunları ilə görüşüb

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk magistr məzunları ilə görüşüb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Görüşdə tələbələrin gələcək planları, elmi fəaliyyətləri, qarşılarında duran hədəflər və digər bu kimi məsələlər müzakirə olunub.

Rektor M.Babanlı magistr məzunlara tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Məzunlar gələcək planlarından danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.