REGİONLAR
Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları əsgər analarına baş çəkiblər
Neftçala, 4 noyabr, Mahir Babayev, AZƏRTAC
Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları əsgər analarına baş çəkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzin əməkdaşları Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun cəbhənin bütün istiqamətlərində əldə etdiyi uğurlardan, qazanılan qələbələrdən danışaraq, Vətən üçün cəsur, igid, qəhrəman övladlar böyütdüklərinə görə əsgər analarına minnətdarlıqlarını bildiriblər.
“Oğul ailənin, Vətənin sipəridir”, - deyən əsgər anaları, müqəddəs torpaqlarımız uğrunda mənfur düşmənlərimizlə savaşda igidlik göstərən övladları ilə fəxr etdiklərini qeyd edərək, şanlı Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal olunmuş bütün Azərbaycan torpaqlarının azad olunacağına əminliklərini ifadə ediblər.