CƏMİYYƏT


Neftçala rayon sakininin evinin həyətyanı sahəsindən 65 çətənə kolu aşkarlanaraq götürülüb

Bakı, 8 iyun, AZƏRTAC

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Aşağı Qaramanlı kənd sakini Müşfiq Fərəcova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 65 çətənə kolu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb. Həmin çətənə kolları bioloji ekspertizaya təqdim olunub.

M.Fərəcov dindirilərkən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.