REGİONLAR


Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Neftçala, 23 may, Mahir Babayev, AZƏRTAC

Neftçala rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində qeydə alınıb.

Magistralda hərəkətdə olan mikroavtobus qabaqda gedən “KamAZ” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Ölənlərin meyiti müayinə olunmaq üçün Salyan morquna aparılıb. Xəsarət alınanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.