CƏMİYYƏT


Neftçala rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisində Şirvanlı kənd sakini Q.Qurbanovun və kənd sakini Seyidağa Ağayevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə S.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.