CƏMİYYƏT


Neftçala rayonunda nəzarət-profilaktiki tədbirlər davam etdirilir

Bakı, 11 avqust, AZƏRTAC 

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkədə elan edilmiş karantin rejimi qaydalarına riayət olunması istiqamətində fasiləsiz nəzarət tədbirləri həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən reydlər zamanı tibbi maska və əlcəkdən istifadə etməyən satıcılar, müştərilər, sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Virusun qapalı məkanlarda daha tez yayıldığı və belə yerlərdə qaydalara riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, hər bir şəxs karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməlidir.

Qaydalara əməl etməyən 3 nəfər barəsində polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib olunub və onlar cərimələniblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.