REGİONLAR
Neftçala rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur
Bakı, 3 avqust, AZƏRTAC
Neftçala rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Neftçalanın Qaraqaşlı, Beştalı, Cəngan, Ərəbqardaşbəyli kəndlərində işlərə başlanılıb.
Ötən əsrin 60-cı illərindən istismarda olan 4 kəndin elektrik şəbəkəsi tamamilə yenidən, müasir formada qurulacaq.
Hər zaman olduğu kimi “Azərişıq” ASC-nin əsas hədəfi abonent məmnunluğunu təmin etməkdir. Bu məqsədlə Neftçalanın Qaraqaşlı, Beştalı, Cəngan və Ərəbqardaşbəyli kəndlərində də abonentlər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq. Bu kəndlərdən başqa, rayonun Mayak-1, Qırmızı Şəfəq və Yenikənd kəndlərində də tezliklə işlərə start veriləcək.
Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]