REGİONLAR


Neftçala sakinləri tibbi maska hazırlayaraq ehtiyacı olan ailələrə paylayıblar

Neftçala, 9 aprel, Mahir Babayev, AZƏRTAC

Respublikamızın hər yerində olduğu kimi, Neftçala rayonunda da koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin təblərinə uyğun olaraq “Evdə qal!” devizi ilə müxtəlif sosial aksiyalar keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti aksiya çərçivəsində Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Həsrət Rzayev və Mərkəzin könüllüsü Mədinə Səfərova şəxsi təşəbbüsləri ilə koronavirus pandemiyasına qarşı mübarizə aparmaq məqsədilə mobil qrupların əhalini təlimatlandırması prosesi çərçivəsində tibbi maska hazırlayaraq ehtiyacı olan ailələrə paylayıblar.

Aksiyadan yararlanan sakinlər bu nəcib təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.