Neftçala və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
AzerTAg.az
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsi tövsiyə edilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, bu tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Kollegiyanın təşəbbüsü ilə “Femida” və 21 saylı vəkil büroları tərəfindən Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Vəkillər Kollegiyasının üzvləri 30-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.


Xəbərin mətnində orfoqrafik səhv var