REGİONLAR


Neftçalada 1551 tondan çox tərəvəz məhsulu yığılıb

Neftçala, 12 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Neftçalada tərəvəzçilikdə uğurlu nəticələr əldə olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan, o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər ötən illə müqayisədə sahələrdən daha çox məhsul tədarük ediblər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, oktyabrın 1-dək 142,5 hektar tərəvəz sahəsindən 1551,2 ton məhsul toplanılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə 127,4 ton və ya 8,9 faiz çox tərəvəz tədarük edilib. Yığılan tərəvəz məhsulları arasında bibər 134,5 ton, xiyar 388,4 ton, badımcan 409 ton, pomidor 350,3 ton, qabaq 154,8 ton, sarımsaq 43,4 ton, soğan 16,1 ton, digər tərəvəzlər isə 54,7 ton olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.