REGİONLAR


Neftçalada 19 min tondan çox pambıq yığılıb

Neftçala, 26 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Neftçalada pambıq plantasiyalardan bu günə kimi 19 min 213 ton məhsul toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 213 ton çoxdur. Hər gün plantasiyalardan 475-480 ton pambıq yığılır. Mövsümün əvvəlindən yığılan pambığın 16 min 973 tonu maşınların köməyi ilə toplanılıb. Hazırda pambıq plantasiyalarında 32 pambıqyığan kombayn işləyir və hər gün tədarük olunan məhsulun 85-90 faizi bu maşınlarla yığılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Neftçalada 5 min 972 hektar sahədə pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul boldur. Fermerlər yetişdirdikləri pambığı son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Rayonun Xol, Boyat, Sarıqamış, Mirzəqurbanlı zonalarında yığım kampaniyası daha mütəşəkkil təşkil olunub.

Dövlət tərəfindən qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu zonalarda fəaliyyət göstərən fermerlərin pambıq əkininə marağını xeyli artırıb. Bu ərazilərdə fəaliyyət göstərən fermerlər bu mövsüm ötən ildəkindən qat-qat çox məhsul yetişdirib və birinci yığım aparılan sahələrin hər hektarından 20-25 sentner məhsul götürülür.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar sahələrdən 16 min 71 ton pambıq yığıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.