REGİONLAR


Neftçalada 5 min hektar sahədə pambıq əkiləcək

Neftçala, 16 aprel, Mahir Babayev, AZƏRTAC

Neftçalalı “ağ qızıl” ustaları cari ildə 5 min hektar sahədə pambıq əkməyi planlaşdırırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul istehsalçıları müqavilə bağladıqları “Neftçala İ.K” MMC tərəfindən lazımi texnika, toxum və digər avadanlıqlarla təmin olunub.

Artıq rayonda pambıq səpininə start verilib. Səpinə ilk olaraq Xol məntəqəsindən başlanılıb və qısa müddətdə 600 hektardan çox sahəyə çiyid səpilib. Məhsul istehsalçıları səpin zamanı yüksək reproduksiyalı toxum sortlarının səpininə üstünlük verirlər. Yaxın günlərdə rayonda kütləvi səpinə başlanılacaq.

Ötən il 3 hektar pambıq sahəsindən 10 ton məhsul götürən, uzun müddət pambıqçılıqla məşğul olan rayonun Boyat kənd sakini Qulammirzə Adıyev bu günə kimi əkəcəyi 10 sahənin 1,5 hektarında səpin aparıb. Məhsul istehsalçısı səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edir. Fermer bu il hər hektar pambıq sahəsindən 35 sentner məhsul götürmək niyyətindədir.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 7 min hektar pambıq sahəsindən 9 min 900 ton məhsul toplayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.