REGİONLAR


Neftçalada “Müstəqil dil siyasətində Ulu Öndərin imzası” mövzusunda onlayn konfrans keçirilib

Neftçala, 14 sentyabr, Mahir Babayev, AZƏRTAC

Sentyabrın 14-də Neftçala Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Müstəqil dil siyasətində Ulu Öndərin imzası” mövzusunda onlayn konfrans keçirilib.

Onlayn tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Salyan, Xaçmaz, Zərdab, Yevlax, Samux, Kürdəmir, Ağstafa, Şabran, Zaqatala, Bərdə, Balakən, Tovuz, Beyləqan, Qəbələ, Şamaxı və Masallı Heydər Əliyev mərkəzlərinin rəhbərləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn konfransda çıxış edən Neftçala Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə olan böyük sevgisindən, dilimizin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşmasında Ulu Öndərin rolundan danışıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çıxışında ulu babalarımızdan bizə miras qalan dilimizin praktik işlənməsi üçün ölkəmizdə münbit şəraitlə yanaşı, onun yad təsirlərə qarşı müqavimətli olmasında böyük rol oynayan Ulu Öndərin dil siyasətindən söhbət açıb.

Sonda Azərbaycanın tanınmış vokalisti Aygün Mübariz Azərbaycan dilinin saflığını, gözəlliyini ifa etdiyi musiqi ilə nümayiş etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.