REGİONLAR


Neftçalada "Düşərgə adamı" layihəsinə 70-dən çox gənc qoşulub

Neftçala, 11 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Neftçala rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Düşərgə adamı" layihəsi həyata keçirilib.

Mərkəzin Neftçala nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Neftçala rayonunun Xolqaraqaşlı kəndində yeniyetmə və gənclər üçün təşkil olunan yay düşərgəsində ümumilikdə 70-dən artıq gənc iştirak edib.

Üç hissədə keçirilən düşərgənin ilk hissəsi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əhmədov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktoru Fərhad Baxışov çıxış edərək rayonda gənclərlə iş sahəsində görülən tədbirlər, eyni zamanda, düşərgə və onun proqramı haqqında məlumat veriblər. Düşərgənin birinci hissəsində gənclərin dünyagörüşünü və intellektual səviyyəsini inkişaf etdirmək, onların istedadını üzə çıxarmaq və nümayiş etdirmək məqsədilə “İntellekt”, “İstedad”, “Cəsarət” və s. müxtəlif rubrikalar təşkil olunub.

Düşərgənin növbəti hissəsində gənclərin araşdırma və mülahizə qabiliyyətinin inkişaf etdirilməsi, onlarda təqdimat bacarıqlarının formalaşdırılması məqsədilə müxtəlif mövzular üzrə qrup işləri həyata keçirilib.

Yay düşərgəsinin maraqlı və əyləncəli anlarla yadda qalan üçüncü hissəsində isə gənclər müxtəlif fərdi və komanda oyunlarında öz güclərini sınayıblar.

Düşərgənin davamında gənc atletlərin nümunəvi çıxışları olub.

Sonra gənclər çadır qurma təlimlərində iştirak ediblər. Onlara düzgün məkan və istiqamətin seçilməsi, dəyişkən hava şəraiti və təhlükəsizlik tədbirləri izah olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.