REGİONLAR


Neftçalada ağacəkmə aksiyası

Neftçala, 8 aprel, Mahir Babayev, AZƏRTAC

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Neftçalada da bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar hadisə münasibətilə Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzi ərazisində və “Axmaz” gölü ətrafında 1000 ədəd ağac və bəzək kolu əkilib, park və xiyabanlarda və digər yaşıllıq massivlərində ağaclara qulluq edilib, mühafizə zolaqları çəkilib. Aksiyada gənclər və məktəblilər fəallıq nümayiş etdiriblər.

Həmçinin ötən axşam rayon mərkəzində və digər yaşayış məntəqələrində konsert və atəşfəşanlıqlar təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.