REGİONLAR


Neftçalada ağır yol qəzası baş verib

Neftçala 11 iyul, Mahir Babayev, AZƏRTAC

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri verir ki, hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin aşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan biri – 1972-ci il təvəllüdlü Şahlar Əmirov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.